Qarabağ veteranı nazirə təşəkkür etdi

Qarabağ veteranı nazirə təşəkkür etdi
Cəlilabad rayon Muğan kənd sakini, Qarabağ veteranı Qürbətov Bəxtiyar Verxuda oğlu probleminin həllində ona göstərilən köməkliyə görə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür edib.

Müraciətdə deyilir:

"Hörmətli cənab nazir!

Noyabrın 1-də sizə ünvanladığım şikayət məktubunda Cəlilabad rayon Söyüdlü kənd sakini Adıgözəlov Röyal Azad oğlunun mənə 2100 manat  pul atmasıyla bağlı məlumat vermişdim. Məhz sizin göstərişinizdən sonra məni Cəlilabad rayon Polis Şöbəsinin polis rəisi, polkovnik Mübariz Quliyev və Göytəpə Şəhər Polis Bölməsinin rəisi, polkovnik Əlifağa Kazımov qəbul edərək problemimin həll edilməsi üçün səfərbər oldular.

Nəhayət ki, bu gün Röyal Adıgözəlov tərəfindən bankdan götürdüyüm kredit borcu polis rəislərinin göstərişi nəticəsində ödəndi. Bir sözlə, adlarını çəkdiyim polis rəisləri mənə görə çox əziyyət çəkdilər. Mən bir daha şahidi oldum ki, dövlətimiz Qarabağ veteranlarının problemiylə yaxından maraqlanır və həlli istiqamətində operativ addımlar atılır. Məhz buna görə sizə, polis rəisləri Mübariz Qurbanova, Əlifağa Kazımova və nazirliyinizin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadəyə öz minnətdarlığımı bildirirəm".

www.ann.az

Xəbər lenti