“Qarabağ” UEFA-ya şikayət edəcək

“Qarabağ” UEFA-ya şikayət edəcək
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter”lə qarşılaşan "Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır.

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.

O bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamsıdı: "UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransı keçirəcək”.

Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti