"Qarabağ" "Styaua"ya uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Rumıniyanın "Styaua" klubu ilə qarşılaşıb. Bu görüşdə "Qarabağ" 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl yoxlama matçında "Horn" klubuna 3:4 hesabı ilə məğlub olub. Qurban Qurbanovun komandası son yoxlama oyununu iyulun 7-iRusiyanın "Lokomotiv" (Moskva) klubuna qarşı keçirəcək.

3 iyul

Yoxlama oyunu

20:30. "Qarabağ" (Azərbaycan) - "Styaua" (Rumıniya) - 2:3

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti