"Qarabağ" Şimali İrlandiyada uduzdu

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Ann.az xəbər verir ki, "Qarabağ” da avrokuboklarda növbəti matçına çıxıb. Çempionlar Liqasının III təsnifatında mübarizəni dayandırdığı üçün yoluna Avropa Liqasında davam edən Ağdam təmsilçisi pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Linfild”in qonağı olub. 

Hesabı 15-ci dəqiqədə "Qarabağ"dan Faysal Rerras açıb. 40-cı dəqiqədə Mark Stafford bərabərliyi təmin edib. 45+1 və 75-ci dəqiqələrdə dub edən Şeyn Leyveri "Linfild"i hesabda öə keçirib. Son nöqtəni isə 90+2-ci dəqiqədə penaltidən fərqlənən Maqaye Qeye qoyub. Beləliklə, "Qarabağ" səfər oyununda 2:3 hesabı ilə yenilib.
 
Avropa Liqası
Pley-off
İlk oyun

Linfild (Şimali İrlandiya) - Qarabağ (Azərbaycan) 3:2
Qollar: Mark Stafford, 40. Şeyn Leyveri, 45+1; 75 - Faysal Rerras, 15. Maqaye Qeye, 90+2-pen.
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper (12. Kirk Millar, 90+1), 14. Şeyn Leyveri (7. Endi Uoteruort, 80), 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 10. Cordan Styuart, 17. Daniel Krins, 23. Rayan Makqivern.
Baş məşqçi: Devid Hili.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana (99. Maqaye Qeye, 67), 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov. 
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Ailton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Mark Stafford, 29. Cel Kuper, 54 - Miçel, 68. Mahir Emreli, 87. Faysal Rerras, 89.
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Bekim Zoqay, Fedayi San (İsveçrə).
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya).
UEFA nümayəndəsi: Mixael Zaltser (İsveç).
Belfast. "Vindzor Park” stadionu.


www.ann.az

Xəbər lenti