"Qarabağ" Qurban Qurbanovla bağlı qərarnı açıqladı

"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqaviləsinin müddətini uzadıb.

Ann.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. O, bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti