"Qarabağ" mərhələ keçsə, kiminlə qarşılaşacaq? - Bütün cütlüklər

Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

Ann.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın da potensil rəqibləri bəlli olub.

Ağdam təmsilçisi Şimali Makedoniyanın "Sileks" klubunu keçəcəyi təqdirdə "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq. 

Çempionlar Liqası
II təsnifat mərhələsi
Çempionlar yolu

"Floriana" (Malta)//ÇFR (Kluj, Rumıniya) cütünün qalibi - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Yanq Boyz" (İsveçrə) - "Klaksvik" (Farer adaları)//"Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi
"Seltik" (Şotlandiya)/KR (Reykyavik, İslandiya) cütünün qalibi - "Ferentsvaroş" (Macarıstan)//"Yurqorden" (İsveç) cütünün qalibi
"Flora" (Tallin, Estoniya)//"Suduva" (Litva) cütünün qalibi - "Makkabi" (Təl-Əviv, İsrail)//"Riqa" (Latviya) cütünün qalibi
"Legiya" (Varşava, Polşa) - İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya)//"Drita" (Kosovo) cütünün qalibi - "Ararat-Armenia" (Ermənistan)//"Omoniya" (Kipr) cütünün qalibi
"Tselye" (Sloveniya)//"Dandolk" (İrlandiya) cütünün qalibi - "Molde" (Norveç)//"KuPS" (Finlandiya) cütünün qalibi
"Buduçnost" (Podqoritsa, Monteneqro)//"Lüdoqorets" (Bolqarıstan) cütütün qalibi - "Midtüllann" (Danimarka)
"Dinamo" (Brest, Belarus)//"Astana" (Qazaxıstan) cütünün qalibi - "Konnas Ki" (Uels)//"Sarayevo" (Bosniya və Herseqovina) cütünün qalibi
"Qarabağ" (AZƏRBAYCAN)//"Sileks" (Şimali Makedoniya) cütünün qalibi - "Şerif" (Moldova)//"Fola Eş" (Lüksemburq) cütünün qalibi
"Dinamo" (Tbilisi, Gürcüstan)//"Tirana" (Albaniya) cütünün qalibi - "Srvena Zvezda" (Serbiya)//"Europa" (Cəbəllütariq) cütünün qalibi

Liqa yolu
Alkmaar (Niderland) - "Viktoriya" (Çexiya)
PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)
"Lokomotiv" (Zaqreb, Xorvatiya) - "Rapid” (Avstriya)
 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti