Qarabağ kanalında sızma baş verdi: əhali təxliyyə edildi (FOTO/VİDEO)

Qarabağ kanalında sızma baş verdi: əhali təxliyyə edildi (FOTO/VİDEO)
Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində sızma baş verib.

Ann.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Qarabağ kanalından sızan su torpaq uçqunu yaradıb. Su torpaq kanaldan ayrılaraq kiçik drenaj kanalına tökülüb.

Yaşayış məntəqəsi və əkin sahələri subasma təhlükəsilə üzləşdiyindən aidiyyəti dövlət orqanları tədbirlərə başlayıb. Əraziyə Rayon İcra Hakimiyyətinin, Fövqaladə Hallar Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin və rayon Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər. Ərazinin yaxınlığında yaşayan sakinlər təxliyyə olunublar.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Qarabağ Su-kanal İdarəsi tərəfindən təmir-bərpa işlərinə başlanılıb. Texnika və işçi qüvvəsi cəlb edilərək bənd bərkitmə işləri aparılır.

Yuxarı Qarabağ Kanalının İstismarı İdarəsinin rəisi Şakir İmanovun verdiyi məlumata görə, hadisə kanalın 83 km-liyində baş verib. Kanalın aşağı hissəsindən kəhriz keçdiyindən topraq kanalda yuyulma baş verib. Nəticədə su sızmasi baş verib. Əraizdə təhlükəsizlik tədbirləri ilə yanaşı, bərpa işləri də aparılır. 






www.ann.az

Xəbər lenti