“Qarabağ” bu gün “Linfild”lə qarşılaşacaq

“Qarabağ” bu gün “Linfild”lə qarşılaşacaq
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Ann.az xəbər verir ki, "Qarabağ” da avrokuboklarda növbəti matçına çıxacaq. Çempionlar Liqasının III təsnifatında mübarizəni dayandırdığı üçün yoluna Avropa Liqasında davam edən Ağdam təmsilçisi pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Linfild”in qonağı olacaq. Şimali İrlandiyanın paytaxtı Belfastdakı "Vindzor Park” stadionundan keçiriləcək görüş Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasında Albaniya çempionu "Partizani” və İrlandiya təmsilçisi "Dundalk”ı mübarizədən kənarlaşdırıb, APOEL-ə uduzub.

Mübarizəyə Avropa Liqasının II təsnifat mərhələsindən başlayan "Linfild” isə Farer adalarının "Torshavn” və Monteneqronun "Sutyeska” klublarından üstün olub. 

"Qarabağ” "Linfild”lə oyuna itkilərlə çıxacaq. APOEL-i ev oyununda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda cəzalı duruma düşüblər. Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin də zədə üzündən meydana çıxmayacaqları dəqiqdi. Üstəlik, cinah müdafiəçiləri – Maksim Medvedevlə Ailton Silva Premyer Liqanın I turunda "Keşlə” ilə matçda zədələniblər. Dayaq yarımmüdafiəçisi Simeon Slavçev isə məşqdə xəsarət alıb. Bu üç futbolçunun meydana çıxması sual altındadı.

Avropa Liqası
Pley-off
İlk oyun

22.45 Linfild (Şimali İrlandiya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Bekim Zoqay, Fedayi San (İsveçrə).
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya).
UEFA nümayəndəsi: Mixael Zaltser (İsveç).
Belfast. "Vindzor Park” stadionu.

www.ann.az

Xəbər lenti