"Qarabağ" Avstriyada ilk matçına çıxır

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama matçına çıxacaq.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Avstriyanın "Horn" klubu ilə qarşılaşacaq.

Kössen qəsəbəsinin meydaçasında keçiriləcək oyun Bakı vaxtı ilə 20:45-də başlayacaq.

Qeyd edək ki, "Qarabağ" iyulun 3-də Rumıniyanın "Styaua", 4 gün sonra isə Rusiyanın "Lokomotiv" (Moskva) klubu ilə qarşılaşacaq.


30 iyun

Yoxlama oyunu

20:45. "Horn" (Avstriya) - "Qarabağ" (Azərbaycan)
www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti