“Qarabağ” Avropa Liqasında həlledici oyuna çıxır

“Qarabağ” Avropa Liqasında həlledici oyuna çıxır
Bu gün Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Ann.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz Bakıda Moldovanın "Şerif” klubunu qəbul edəcək. 

Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməlidi.

Qeyd edək ki, bu komandalar ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələində qarşılaşıb. Bakıdakı ilk oyun 0:0 hesabı ilə yekunlaşıb, səfərdəki qarşılaşmada "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanaraq mərhələ adlayıb. Həmin vaxt "Şerif"ə "Neftçi"nin hazırkı baş məşqçisi Roberto Bordin başçılıq edirdi.

"Qarabağ" indiyədək 3 dəfə - 2014/15, 2015/16 və 2016/17 Avropa Liqasının, 2017/18 mövsümündə isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu

30 avqust
21.00 Qarabağ (Azərbaycan) - Şerif (Moldova)
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya).
Hakim-inspektor: Yohan Verbist (Belçika).
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

www.ann.az

Xəbər lenti