"Qarabağ" Avroliqada 4-cü oyuna çıxır

Bu gün "Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Ann.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukraynanın "Vorskla” klubu ilə qarşılaşacaq. 

Cari mövsümdə E qrupunda yer alan Ağdam təmsilçisi hər üç oyunda məğlub olub. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:3, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub.

Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub. Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq.

"Vorskla” Ukrayna çempionatının sonuncu turunda səfərdə "Lvov”u 2:0 hesabı ilə məğlub edib. "Qarabağ” isə "Sumqayıt”ı eyni hesabla üstələyib.
 
Avropa Liqası
Qrup mərhələsi
E qrupu, IV tur

8 noyabr
00.00 Vorskla (Ukrayna) - Qarabağ (Azərbaycan)
Hakimlər: Sandro Şörer, Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder (İsveçrə).
Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (İsveçrə).
Hakim-inspektor: Edqar Ştaynborn (Almaniya).
UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka).
Aleksey Butovski adına stadion.
 

1

Arsenal

3

3

0

0

8:2

9

2

Sportinq

3

2

0

1

4:2

6

3

Vorskla

3

1

0

2

4:6

3

4

Qarabağ

3

0

0

3

0:6

0



www.ann.az

Xəbər lenti