"Qarabağ" "Arsenal"a böyük hesabla uduzdu

"Qarabağ” avrokuboklarda növbəti oyununa çıxıb.

Ann.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İngiltərə "Arsenal”nı qəbul edib. 

Oyun ingilislərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Sokratis Papastatopulos açıb. 53-cü dəqiqədə Smit Rov fərqlənib. Son nöqtəni isə 80-ci dəqiqədə Metteo Qenduzi qoyub.

Bu, "topçular”ın Azərbaycandan olan komanda ilə ilk qarşılaşması olub. "Qarabağ" isə bundan əvvəl bu ölkənin "Tottenhem” (0:1, 1:3) və "Çelsi” komandaları ilə üz-üzə gəlib.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinə məğlubiyyətlə başlayıb. Ağdam təmsilçisi Portuqaliyada "Sportinq”ə 2 cavabsız qolla yenilib. "Arsenal” isə evdə Ukraynanın "Vorskla” komandasını 4:2 hesabı ilə üstələyib.
 
Avropa Liqası
2018/19 mövsümü
II tur

4 oktyabr
Qarabağ (Azərbaycan) - Arsenal (İngiltərə) 0:3
Qollar: Sokratis Papastatopulos, 4. Smit Rov, 53. Metteo Qenduzi, 80.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev (6. Simoen Slavçev, 84), 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov (28. Con Delarj, 61), 17. Abdulah Zubir, 19. Filip Ozobiç (9. Araz Abdullayev, 67), 25. Ansi Aqolli, 52. Jakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Hannes Haldersson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Arsenal: 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi (9. Aleksandr Lyakazett, 71), 18. Naço Monreal (11. Lukas Torreyra, 46), 23. Denni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Smit Rov (10. Mesut Özil, 65).
Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 20. Şkodran Mustafi, 34. Qranit Caka.
Baş məşqçi: Unai Emeri.
Sarı vərəqələr: Maksim Medvedev, 33 - Rob Holdinq, 43.
Hakimlər: Davide Massa, Filippo Meli, Alessandro Kostantso, Fabiano Preti (İtaliya).
Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabri (İtaliya).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: İstvan Huszar (Macarıstan).
Bakı Olimpiya Stadionu.

www.ann.az

Xəbər lenti