"Qarabağ" - "Arsenal" matçına nə qədər bilet satılıb?

Avropa Liqasında "Qarabağ” və ”Arsenal” arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Ann.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq satılan biletlərin sayı 55 minə çatıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

www.ann.az

Xəbər lenti