“Qanadlı dəvələr” Bakı səmasında - FOTOLAR

“Qanadlı dəvələr” Bakı səmasında - FOTOLAR
Rəssam Çingiz Mehbalıyevin növbəti rəsmi “Dəvələrin uçuşu” adlanır. Rəssamın sözlərinə görə rəsmin mövzusu milli atalar sözündən götürülüb. "Azərbaycan atalar sözlərinin birində deyilir,  Allah dəvəyə qanad versəydi, dağıtmadığı dam qalmazdı. Bu atalar sözü məni çox düşündürdü və çəkdiyim yeni rəsm üçün əsas mövzu oldu, – deyə rəssam bildirib. -  Çəkdiyim rəsmdə dəvə karvanının qanad açıb Bakı səmasında uçması təsvir olunub. Karvandan ayrılan iki dəvə İçəri Şəhərdə evlərin damını dağıdır, digər bir dəvə isə daha çox “hünər göstərərək” Qız Qalasının üstünə qonub amirənə baxışlarla rəsmdən tamaşaçılara baxır. Mən bu rəsmi Azərbaycan xalqının müdrik atalar sözlərinə həsr edirəm".Qeyd edək ki, Çingiz Mehbalıyev həm də "Mirass: Bakının sirri" və "Şərqdə fırtına" adlı populyar detektiv romanlarının müəllifidir.ANN.Az

Xəbər lenti