Qadını borclarına görə diri-diri yandırdılar - Şok Hadisə

Qadını borclarına görə diri-diri yandırdılar - Şok Hadisə
Qvatemalada paytaxtdan 35 kilometr aralıda yerləşən San-Xuan-Sakatepekes  şəhərində dəhşətli hadisə baş verib. Maskalanmış bir qrup yerli şəxs "Second-hand" mağazasının sahibəsini əvvəlcə daşlayıblar, sonra da diri-diri yandırıblar. ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, hadisəyə səbəb kimi qadının qonşusuna pul borcunun olması göstərilir. 
Kreditorun belə amansız cinayəti təşkil etməsindəki məntiqi başa düşmək çətindir. Yerli mətbuatın yazdığına görə, kreditorla əlbir olan şəxslər polisin onu ələ keçirməməsi üçün şəhərə girişi bağlayıblar. 
Hadisənin təfərrüatının belə olduğu bildirilir: gecəyasrısı bir neçə şəxs 42 yaşlı qadının evinə girib və onu vəhşicəsinə döyüblər. Bundan sonra qadını küçəyə sürüyərək yandırıblar. Qurban yerindəcə ölüb. 
Qvatemalada bu tip cinayətlər son vaxtlar artmaqdadır. Bu il küçədə baş verən dava-dalaşlarda 47 nəfər həlak olub. 
ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti