Putini narahat edən SİYAHI

Putini narahat edən SİYAHI
Rusiya prezidenti Vladimir Putin "Forbes" jurnalının onu dünyanın ən güclü lideri seçməsi ilə bağlı danışıb.Qaynar.info xəbər verir ki, jurnalın heyətinə təşəkkürünü bildirən Putin bu cür hadisələrlə çox da maraqlanmadığını söyləyib.Cənubi Koreyanın KBS kanalına müsahibəsində Rusiya prezidenti bu cür qiymətləndirmələrin onu narahat etdiyini deyib: "Qərar vermə prosesinə təsir edə bilər. Bu gün bir lider birinci göstərilir, sabah o birisi, sonrakı gün də bir başqası. Bu normaldır. İmkan verək mütəxəssislər öz işlərini görsünlər, mən buna çox da fikir vermirəm. Buna fikir verilsə, qərarlara təsir edər. O zaman çox narahatlıq doğurar".ANN.Az

Xəbər lenti