Putin: "Ukraynadakı hadisələr inqilabı yox, daha çox talanı xatırladır"

Putin: "Ukraynadakı hadisələr inqilabı yox, daha çox talanı xatırladır"

Ukraynadakı hadisələr inqilabı yox, daha çox talanı xatırladır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Putin hesab edir ki, Kiyevdə və digər şəhərlərdə baş verənlərin Ukraynanın Avropa İttifaqı ilə münasibətlərinə bağlılığı azdır.

 

“İndi Ukraynada baş verənlər 2015-ci il prezident seçkilərinə hazırlıqdır. Bu, daxili siyasi prosesdir, müxalifətin hakimiyyətin mövqelərini sarsıtmaq cəhdidir”, - deyə o vurğulayıb. 

APA

Tərəfdaşların xəbərləri

Xəbər lenti