Putin Ermənistana reaktiv silah aparacaq

Putin Ermənistana reaktiv silah aparacaq
Rusiya Dövlət Dumasının deputatı Anatoli Vıborniyın sədrliyi ilə Müdafiə və Kollektiv Təhlükəsizlik Komitəsinin növbəti Parlament Assambleyasının səyyar  iclası keçirilib.ANN.Az-ın verdiyi xəbərə görə, yığıncağın gedişi zamanı erməni deputatlar öz narazılıqlarını bildirərək qeyd ediblər ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Təşkilatında müttəfiqi olan Rusiya müasir silah növlərini, o cümlədən “Smerç” reaktiv sistemlərini niyə Azərbaycana satır, bu silahlar Ermənistana qarşı istifadə oluna bilər.“168 jam” qəzeti yazır ki, A.Vıbornıy yığıncaqdan sonra erməni deputatlara yaxınlaşaraq  onları əmin edib ki, narahat olmasınlar, yaxın vaxtlarda Rusiyanın prezidenti V.Putin Ermənistana səfəri zamanı özü ilə “Smerç” reaktiv qurğulu silahı da gətirəcək. Erməni deputatlar isə ona bildiriblər: "Belə çıxır ki, Rusiya eyni zamanda həm Azərbaycanı, həm də Ermənistanı silahla təmin edir ki, onlar bir-birini məhv etsinlər".ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti