Professor: "Pentaqonun İŞİD-lə bağlı hesabatı saxtadır" (RƏY)

22 Noyabr 2019, 15:58
22 Noyabr
2019
15:58
323
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hazırladığı hesabatda İŞİD-in yenidən güclənəcəyi qeyd olunub. Hesabatda iddia olunur ki, ABŞ-ın Suriyanın şimal-şərqindən çəkilməsi və Türkiyənin bölgədə hərbi əməliyyatlara başlamasını fürsət bilən İŞİD "yenidən təşkilatlanmağa başlayıb”.
Türkiyə Silahlı Qüvvələrinin sabiq əməkdaşı, İstinye Universitetinin Hüquq fakültəsinin professoru Mesut Hakkı Caşın Pentaqonun hazırladığı hesabatda İŞİD-in yenidən təşkilatlanmağa başlaması ilə bağlı iddiaya münasibət bildirib.
O, "Report”un Türkiyə bürosuna açıqlamasında ABŞ Müdafiə Nazirliyinin hesabatında göstərilənlərin Türkiyənin bölgədə apardığı hərbi əməliyyatlara kölgə salmaq üçün siyasi cəhd olduğunu deyib. Onun sözlərinə görə, əslində, məsələnin kökləri çox dərindədir:
"Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyada - Fəratın şərqindəki Ceylanpınarla üzbəüz Resulayn qəsəbəsindən başladığı "Barış pınarı” adlı hərbi əməliyyatda xüsusi ilə iki əhəmiyyətli hadisə var. Bunlardan biri Türkiyə - Suriya sərhədlərində təhlükəsiz zonanın qurulmasıdır ki, bu məsələ xüsusi göstəricidə həllini tapmışdır. "Barış pınarı” hərbi əməliyyatında Tel Abyad və Resulayn arasındakı bölgələr terrorçulardan təmizlənilmişdir. Hərbi əməliyyatın bundan sonrakı gedişatında ABŞ-la əldə olunan razılığa əsasən, bölgədən PKK/YPG-PYD güclərinin çəkilməsi ilə Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları dayandırmışdır. Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə əldə etdiyi razılaşma çərçivəsində suriyalı kürd silahlı qüvvələri YPG-nin Türkiyə sərhədinin 30 km uzaqlığına çəkilməsi və Türkiyə-Suriya sərhədindəki 10 km miqyasındakı ərazidə Türkiyə Silahlı Qüvvələri ilə Rusiya ordusuna aid qüvvələrin ortaq fəaliyyətə başlaması qərarı alınmışdır. Kobani, Tel Abyad və Resulaynda hazırda hərbi əməliyyatlar davam edir. Bu məsələdə beynəlxq hüquq baxımından vurğulanması lazım olan iki məqam var. Bildiyiniz kimi, Türkiyə Silahlı Qüvvələrinin ilk olaraq həyata keçirdiyi Cerablus hərakatı İŞİD-in bölgədən təmizlənilməsinə yönəlik idi və bununlada türk əsgəri 3500 PKK-lını bölgədən təmizləmişdir. İkinci hərbi əməliyyatlar Afrində idi və bölgədən PKK-nın təmizlənilməsi hədəflənirdi və uğurla yekunlaşdı. Üçüncü hərbi əməliyyatda isə Tel Abyad və Resulayn bölgəsindən terorrçuların təmizlənməsinə yönəlik idi. Bu da uğurla yekunlaşmaq üzrədir. Məsələ burasındadır ki, bu cür böyük hərbi əməliyyatlarla Türkiyə bölgədə gücünü ortaya qoydu və bu məsələ çoxlarını narahat etməyə başladı”, - professor deyib.
Mesut Hakkı Caşının fikrincə, Trampın mövqeyi ilə ABŞ-ın Xarici İşlər Nazirliyinin və Pentaqonun mövqeyi üst-üstə düşmür: "ABŞ-la razılaşmada qeyd olunduğu kimi, Amerikanın bölgəyə müdaxiləsi və hərbi qüvvələrin istifadə olunmasının əsas hədəfi İŞİD terror təşkilatının müsəlmanlara və xiristinalara tətbiq etmiş olduğu zülmü sona çatdırmaq idi. Prezident Barak Obamandan sonra Donald Trampın bunu uğurlu bir şəkildə idarə etdiyini nəzərə alaraq, ən son Əbubəkir əl-Bağdadinin öldürülməsini vurğulamaq olar. Pentaqonun açıqlamasında göstərildi ki, ABŞ bölgədə 600 əsgərini saxlayacaq. Tramp isə "sərhədlərə başqaları nəzarət etsin, neft sevirik, təhlükəsizlik tədbirlərimizi aldıq, Türkiyə və kürdlər ilə işləyirik” dedi. Digər bir tərəfdən, Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda Trampla reallaşdırdığı görüş və müzakirələrdə ortaq qərarlar verildi. Xüsusilə, İŞİD terrorçularının yaxalanması və ölkələrinə göndərilməsi mövzusunda əhəmiyyətli fikirlər səsləndirildi. Hətta Türkiyənin daxili işlər naziri Süleyman Soylu "Biz bunları ölkələrinə geri göndərəcəyik” dedi. Ancaq burda ABŞ Müdafiə Nazirliyinin müfəttişlərinin terror təşkilatının ABŞ-ın Suriyanın şimal-şərqindən çəkilməsi və Türkiyənin bölgədə hərbi əməliyyatlara başlamasını fürsət bilərək yenidən təşkilatlanmağa başlamasına dair hazırladıqları hesabatın doğru olduğunu düşünmürəm. Bu, 116 səhifəlik hesabatda Türkiyənin başladığı hərbi əməliyyatlardan sonra ərazidə ABŞ əsgərlərinin azaldılmasını və Suriya içindəki qaynaqlarını yenidən toplamaq və xarici ölkələrdə terror hadisələri törətmək üçün lazım olan potensialını gücləndirmək üçün istifadə etdiyinə dair fikirləri var. Bu, sadəcə, bir iddiadır və bunun real olduğunu heç kim söyləyə bilməz. Görünür, Pentaqon ABŞ dövlətindən ayrı hərəkət edir. Bu sözləri ABŞ-ın Xarici İşlər Nazirliyi üçün də deyə bilərik. Bunların məqsədi odur ki, prezident Trampı vətənə xəyanət ittihamı ilə vəzifəsindən uzaqlaşdırsınlar”.
Professor bildirib ki, bu məsələdə ABŞ ordusunun özündə də qarışıqlıq var: "Həmin hesabatda yayılan əsgəri görüşün tamamilə siyasi olduğunu düşünürəm. Türkiyənin Müdafiə Naziri Hulisi Akar 3 min İŞİD terrorçusunun zərərsizləşdirildiyini açıqlamışdı. Burda vurğulanması lazım olan bir məsələ var. Türkiyə Silahlı Qüvvələri yaxaladıqları bu terrorçuları həbs edərək onları yenidən fəaliyyətə keçməsinin qarşısını alıb. Bu baxımdan ABŞ müttəfiqimiz olaraq Türkiyəyə təşəkkür etməsi lazım olduğu halda, bu şəkildə hazırlanmış saxta hesablatlarla dünyanın gündəmini məşğul etməsini doğru deyil. Rusiyanın prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov son zamanlar açıqlamalarında ABŞ-ın Suriyanın neftini oğurladığını və ölkəni bölməyi planlaşdırdığını söyləyiblər. Bu məsələ çox həssas və reallığa uyğundur. Ümumiyyətlə, bu əməliyyatlardan sonra bölgə terrorçuların qalmadığını və qalanların da, İraqa qaçdığını düşünürəm. Digər əhəmiyyətli bir məqam isə 2016-ci ildə Trampın seçki kampaniyası zamanı çıxışlarında İŞİD terror təşkilatını quranların Barak Obama və Bill Klinton olduğunu söyləmişdi. Bağdadinin öldürülməsindən sonra bu terror təşkilatının zəiflədiyini düşünürəm. Onlar dərk etməlidir ki, Türkiyə bu terror təşkilatını quran yox, bölgədə onlarla açıq şəkildə siyasi və silahlı mübarizə aparan ölkədir . NATO-nun baş katibi də bunu çıxışlarında açıq şəkildə ifadə etmişdir. Düşünürəm ki, bu məsələ Londonda reallaşacaq NATO-zirvəsində də, müzakirə olunacaq və prezident Rəcəb Tayyip Ərdoğan bu mövzudakı həssaslığını təkrar dilə gətirəcək”.
www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
13:57Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)
-
12:56Sabaha gözlənilən hava proqnozu
-
10:59Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
-
10:27Cəbhədə vəziyyət necədir?
-
10:16Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
-
14:46MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)
-
13:09Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
-
13:04"Azercell" ilə Nəsimi irsindən zövq al
-
12:47Məzahir Pənahov: "Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..."
-
10:37İcra Hakimiyyətində yeni təyinat
-
09:59Yevda Abramovun dəfn ediləcəyi yer açıqlandı
-
09:56Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
-
19:56Könüllülər üçün konsert keçirildi (FOTO)
-
16:58İstirahət günlərinin hava proqnozu
-
15:37Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
14:31Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi
-
13:39Şənbə günü hava necə olacaq?
-
12:28Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
-
11:17Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
-
11:14Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı
-
10:49Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
-
10:22Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək
-
18:30Prezident Şamaxıda səfərdədir (FOTO)
-
16:39Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
-
16:27Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
-
15:58Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
-
14:24ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"
-
13:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
13:47Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
-
13:45DİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
-
12:53Sabahın hava proqnozu açıqlandı
-
12:03Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)
-
11:22Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxladı (VİDEO)
-
11:11Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu
-
10:40Mədət Quliyev generala vəzifə verdi
-
10:38Yeni icra başçısından təyinat (FOTO)
-
10:35Azərbaycan nefti kəskin bahalaşdı
-
18:41Hərbi qulluqçumuz vəfat etdi
-
16:45İlham Əliyev yeni icra başçılarını qəbul etdi (FOTO)
-
16:17Mehriban Əliyeva Xalq artistinin evində qonaq olub (FOTOLAR)
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
Digər xəbərlər
-
Dünya, Vİdeo
Rusiyada dəhşətli qəza: Ölənlərin sayı artır (YENİLƏNİB/VİDEO)
-
Dünya
Professor: "Pentaqonun İŞİD-lə bağlı hesabatı saxtadır" (RƏY)
-
Dünya
ABŞ-ın Türkiyəyə qarşı görünməz savaşı: İŞİD dirilir (ŞƏRH)
-
Dünya
Tiflisdə xüsusi təyinatlılar aksiyaya müdaxilə etdi: parlamentin ətrafı təmsizlənir
-
Dünya, Fotolar, Vİdeo, Qaynari.nfo
Təbriz ayağa qalxdı: Xamneyinin fotoları yandırıldı (FOTO/VİDEO)
-
Dünya
Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı
-
Dünya, Qaynari.nfo
Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkarladı
-
Dünya
ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı
-
Dünya, Qaynari.nfo
İŞİD-in yeni lideri kimdir: Türkmən, erməni? - Şagirdi danışdı