Prezidentlərin görüş yeri və vaxtı məlum oldu

Prezidentlərin görüş yeri və vaxtı məlum oldu
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş noyabrın 19-da Vyanada keçiriləcək.APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “twitter” səhifəsində bildirib. Hazırda Vyanada olduğunu qeyd edən diplomat bu görüşü səbirsizliklə gözlədiyini də vurğulayıb. Qeyd edək ki, həmsədrlər səfərin təşkili ilə bağlı bir müddət əvvəl regiona səfər ediblər. ANN.Az

Xəbər lenti