Prezident: Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir?

Prezident: Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir?
“Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır”.Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina tikirlər.ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.Prezident qeyd edib ki, həmin ərazi iki həftə nəzarətsiz qaldığına görə, dərhal kimsə gəlib orada bina tikməyə başlayıb:“Təbii ki, dərhal söküldü və o binanı orada tikmək istəyən də öz payını almalıdır. Özbaşınalıq və anarxiya ola bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur”.Dövlət başçısı ona görə də yeni yaşayış binalarının tikintisi ilə bağlı məhdudiyyət qoyulmasının vacibliyini qeyd edib.Onun sözlərinə görə, hər bir layihə ciddi araşdırılmalıdır:“Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir”.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti