Prezident yeni nazir müavini təyin etdi (SƏRƏNCAM)

Prezident yeni nazir müavini təyin etdi (SƏRƏNCAM)
Azərbaycanın təhsil nazirinə yeni müavin təyin olunub.

Ann.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Muxtar Məmmədov təhsil nazirinin müavini təyin edilib.

Bu gün təhsil naziri Emin Əmrullayev yeni müavini nazirliyin kollektivinə təqdim edib. O, M.Məmmədova uğurlar arzulayıb.

Qeyd edək ki, yeni nazir müavini bundan əvvəl təhsil nazirinin Aparat rəhbəri vəzifəsində çalışıb. Hazırda onun yerinə təyinat yoxdur.
 




www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti