Prezident tapşırıq verdi: FHN-in amfibiya təyyarəsi Muğla gedir

Prezident tapşırıq verdi: FHN-in amfibiya təyyarəsi Muğla gedir
Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

Ann.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Muğlanın Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti