Prezident: “Siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır”

Prezident: “Siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır”

Dekabrın 23-də 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edən prezident İlham Əliyev 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafının təmin edildiyini, ÜDM-in təxminən 6 faiz, qeyri-neft sektorunun isə təxminən 10 faiz artdığını vurğulayıb.“Media forum” saytı AzTV-yə istinadla xəbər verir ki, dövlət başçısı deyib: “Bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır”. Prezident bu islahatların dünyanın aparıcı maliyyə qurumlarında yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, son 10 ildə fəal işlər nəticəsində Azərbaycanın siyasi-iqtisadi uğurları təmin edilib.“Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” deyən prezident İlham Əliyev qeyd edib ki, bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı dünyanın mərkəzlərindən birinə çevrilib, bununla da Azərbaycan paytaxtı dünya xəritəsində öz layiqli yerini tutub və bunu bura gələn qonaqlar da təsdiqləyir.Dövlət başçısı son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət  proqramının qəbul olunduğunu, nəticədə bölgələrin inkişafında mühüm nəticələr qazanıldığını, eləcə də ölkə iqtisadiyyatına qoyulan sərmayələrin dinamik inkişafı təmin etdiyini bildirib. Qeyd edib ki, növbəti illər üçün də konkret proqramlar var və ölkənin dayanıqlı inkişafı gələcəkdə də təmin olunacaq.Bakı şəhərinin təkcə mərkəzdən ibarət olmadığını vurğulayan İlham Əliyev inkişafın paytaxtın qəsəbə və kəndlərində də müşahidə edildiyini, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurla icra olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu proqramın əsas hədəfi qısa vaxtda Bakıda mövcud problemlərin həllinə nail olmaq idi ki, artıq bu istiqamətində əhəmiyyətli nəticələr əldə edilib, böyük infrastruktur layihələri icra olunub, bu layihələr elektrik enerjisi, qazlaşma, su-kanalizasiya layihələrinin həyata keçirilməsini, istilik sisteminin bərpasını, yeni yolların çəkilməsi, sosial və ictimai zonaların yaradılmasını əhatə edib.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti