Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi

Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.

Ann.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb. O, bu gün dövlət başçısının sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
 
Digər sərəncamla Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.


Tərəfdaşların xəbərləri

Xəbər lenti