Prezident "Qarabağ"a 1 milyon ayırdı

Prezident
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam verib.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərar verib.

Sərəncamd qeyd edilib ki, "Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə "Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Qeyd eədk ki, bu gün dövlət başçısı "Qarabağ"ın heyətini də qəbul edib.//Anspress

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti