Prezident iki rayon üçün pul ayırdı - 16 milyon manat

Prezident iki rayon üçün pul ayırdı - 16 milyon manat

Prezident iki rayon üçün pul ayırdı - 16 milyon manat
Prezident İlham Əliyev martın 30-da "Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 14 milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Prezident Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 milyon manatı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

www.ann.az

Xəbər lenti