Prezident İdman Kompleksinin tikintisinə 7,5 milyon manat ayırdı

Prezident İdman Kompleksinin tikintisinə 7,5 milyon manat ayırdı
Prezident İlham Əliyev "Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, sərəncamla Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 511 400 manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.

www.ann.az

Xəbər lenti