Prezident büdcədən Sumqayıta pul ayırdı

Prezident büdcədən Sumqayıta pul ayırdı
Prezident İlham Əliyev Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, dövlət başçısı Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,0 milyon manat ayrıb.

www.ann.az

Xəbər lenti