Prezident Balakəndə (FOTOLAR)

Prezident Balakəndə (FOTOLAR)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Balakən rayonuna səfər edib.

Ann.az xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında abidəni ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ardınca Prezident 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

İlham Əliyev bu gün Balakən regional "ASAN xidmət” mərkəzinin açılışında da iştirak edib. Prezident mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb.

Bu gün həmçinin "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib.

Prezident Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında da iştirak edib. Tədbir çərçivəsində Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

Daha sonra isə dövlət başçısı Balakən rayonunda "Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub. Prezidentə təsərrüfat barədə məlumat verilib.























www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti