Prezident administrasiyanın başçısı işdən çıxarıldı

Prezident administrasiyanın başçısı işdən çıxarıldı

Ukrayna prezidenti Viktor Yanukoviç Prezident Administrasiyasının başçısı Sergey Levoçkini işdən çıxarıb.Bu haqda informasiya Ukrayna prezidentinin saytında yayılıb.

Xatırladaq ki, Prezident Administrasiyasının başçısı Sergey Levoçkin noyabrın 30-da Kiyevin “Müstəqillik meydanı”nda nümayişçilərin dağıdılmasından sonra istefa vermişdi, ancaq ölkə prezidenti onun istefasını qəbul etməmişdi. 

Qeyd edək ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandiri Gennadi Vorobyov da işdən çıxarılıb. O, bu vəzifədə 2009-cu ildən çalışırmış.

Son anda məlum olub ki, prezident Viktor Yanukoviçin mətbuat xidmətinin rəhbəri Darka Çepak, Prezident Administrasiyasının İnformasiya idarəsinin rəhbəri Denis İvanesko, Milli Strateji Tədqiqat İnstitutunun direktoru Andrey Yermolayev də istefa verib. 

ANS Press

Tərəfdaşların xəbərləri

Xəbər lenti