Prezident 15,1 milyon manat ayırdı

Prezident 15,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Sabirabad rayonunun Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, dövlət başçısı iyirmi iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.

www.ann.az

Xəbər lenti