Prezdent 2 nəfərə "Xalq artisti", 3 nəfərə "Şöhrət" ordeni verdi (SİYAHI)

Prezdent 2 nəfərə
Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Ann.az xəbər verir ki, sərəncamla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

"Şöhrət” ordeni ilə
Dadaşov Rafael Məlik oğlu
Quliyev Nurəddin Əzulla oğlu
Məlik Ramiz Ağarza oğlu

"Tərəqqi” medalı ilə
Ağaverdiyeva Məsməxanım Aslan qızı
Atakişiyeva Mətanət Ağazair qızı
Əliyeva Münəvvər Sabir qızı
Həsənov Rafael Vaqif oğlu
Hüseynov Fizuli İsmət oğlu
Quliyev Elxan Əli Bala oğlu
Məmmədov Elnur Mehrəli oğlu
Məmmədov Hacıbaba İsmayıl oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Xalq artisti”
Abdullayev Kyazım Ənvər oğlu
Nurzadə Əli Qayıb oğlu

"Əməkdar artist”
Abdullayev Mətləb Fətəli oğlu
Babayeva Əminə Ağahüseyn qızı
Bəxtiyarov Rəşad Bəhram oğlu
Qarayev Elnar Cəfər oğlu

Prezidentin daha bir sərəncamı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Cəfərova Bəsti Əli qızı
Əsədova Məleykə Əlifağa qızı
Mustafayeva Laləzar Bəşir qızı
Novruz Ramiz Qəvvam oğlu

www.ann.az

Xəbər lenti