PKK terrorçuları Qarabağa yerləşdirilir

PKK terrorçuları Qarabağa yerləşdirilir
Ermənistan işğal edilmiş Dağlıq Qarabağa xüsusi təlim keçmiş PKK terrorçularını yığır.

HİT.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriya ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi prosesi davam edir.

Bildirilir ki, 250-ə qədər erməni əsgəri Suriyada PYD-YPG terror qruplaşması cərgələrinə qoşulub. Eyni zamanda, erməni əsgərlərlə PKK arasındakı əməkdaşlığa Fransanın moderatorluq etdiyi, erməni əsgərlərin Fransanın koordinasiyası ilə PKK terror qruplaşması ilə görüşlər keçirdiyi deyilir. 

Qeyd edək ki, bir müddət əvvəl də İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani verdiyi açıqlamada Livan ermənilərinin Qarabağa köçürülməsinin "məsələnin görünən tərəfi” olduğunu qeyd etmişdi. O vurğulamışdı ki, son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusu Dağlıq Qarabağa yerləşdirilib.
 



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti