PFL Premyer Liqa və I divizionla bağlı qərarını açıqladı

PFL Premyer Liqa və I divizionla bağlı qərarını açıqladı
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının V, I Divizionun ilk turunun oyunlarının başlama saatları ilə bağlı müəyyən dəyişikliklər edib.

Ann.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, səbəb bu gün saat 00:00-dan Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyətin elan olunmasıdır.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar PFL bütün təşkilati məsələləri nəzərə alaraq, müvafiq qərar qəbul edib. 

Premyer Liqada qarşıdakı turun ən tez başlanacaq oyunu saat 14:00-a, ən gec start götürəcək qarşılaşması isə saat 16:00-a təyin olunub. I Divizionda isə görüşlər saat 15:00-dan gec başlamayacaq. Vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər. 

Premyer Liqa

V tur
2 oktyabr
"Sabah” – "Keşlə”
"Bank Respublika Arena”, 15:30

3 oktyabr
"Qəbələ” – "Sumqayıt”
Qəbələ şəhər stadionu, 14:00

"Zirə” – "Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 16:00

4 oktyabr
"Qarabağ” – "Səbail”
"Azersun Arena”, 15:30

I Divizion

I tur
1 oktyabr
"Keşlə-2” – "Kəpəz”
"ASK Arena”, 13:00

"Sumqayıt-2” – "Qarabağ-2”
"Kapital Bank Arena” (ehtiyat meydança) 15:00

"Neftçi-2” – "Sabah-2”
Türk Hava Yolları Futbol Mərkəzi, (IV meydança) 15:00

2 oktyabr
"Zaqatala” - "Turan Tovuz”
Zaqatala şəhər stadionu, 13:00

"Qaradağ Lökbatan” –MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti