Patriotizm, yoxsa məsuliyyətsizlik: yenə futbol haqda

Patriotizm, yoxsa məsuliyyətsizlik: yenə futbol haqda
Şənbə günü Bakı Olimpiya stadionunda Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində çoxdan gözlənilən qarşılaşma, Azərbaycan - İtaliya matçı baş tutdu. Stadiona komandaların oyununa baxmağa gələn çoxsaylı azarkeşləri azca narahat edən məsələ soyuq, yağışlı hava idi. Hətta oyundan əvvəl ənənəvi olaraq meydançaya çıxıb düzülən və himn oxuyan futbolçular da onlarla meydana birgə girən uşaqların üşüməməsi üçün əyinlərindəki gödəkçələri çıxarıb onlara vermişdilər. 

ANN.Az portalı üçün frilanser kimi işləyən Ehtiram Cəmi bu təsirli anları fotokamerasını həkk etmişdi. Oyun gecəyarı başa çatdı, Ehtiram başda olmaqla digər jurnalistlər yağışda islanmalarına baxmayaraq, oyunun sonuna qədər işlədilər, onlar yalnız fotoreportajı redaksiyaya göndərib məsuliyyətlərini yerinə yetirdikdən sonra evlərinə yollandılar. Ancaq... Evə gəlib saytları nəzərdən keçirəndə Ehtiram xoş olmayan sürprizlə qarşılaşdı - onun matç zamanı çəkdiyi şəkillər Sports.ru saytını bəzəyirdi, həm də müəllifin adı və ANN.Az saytının loqotipi qeyd edilmədən. Bu davranışdan heyrətlənən Ehtiram məqalənin müəllifi Erkin İbrahimovdan nəzakətli tərzə açıqlama istədi. Və hər şey belə başladı! Cənab İbrahimov cavab verməkdə tənbəllik etmədi və yekə bir bloq yazısı yazdı və "hə, nə olsun?" ifadəsi işlətdi (axı o, lazım olan kadrları tutmaq üçün  iki saat yağışın dayanıb işləməmişdi). Bununla da kifayətlənməyib o, fotoqrafımızı "kobud" adlandırdı, onu patriot olmamaqda ittiham etdi, ki, qoy ermənilər acıqlansınlar (nəyə acıqlanacaqlar, axı komandamız uduzub). Qeyri-peşəkar birinin başqasını patriot olmamaqda ittiham etməsi insana toxunur. Bəli, məhz qeyri-peşəkar, çünki jurnalist ən azından "müəllif hüquqları" adlı məfhumun olmasından xəbərdar olmalıdır, bunun üçün hətta qanunvericilikdə cəza nəzərdə tutulub. Əslində əsl qeyri-vətənpərvərliyi azərbaycanlı jurnalist edib, rus nəşri üçün material göndərərkən başqa birisinin haqqını tapdalayıb. 

Oxucunu statistika və faktlarla yormaq istəmirik, təkcə onu deyək ki, jurnalist özünü bu situasiyada "alçaldılmış və təhqir edilmiş" hiss etdiyi üçün həmin şəkillər saytdan yığışdırılıb, ancaq ona görə yox ki, o öz səhvini başa düşüb, sadəcə "müəllifin ürəyi rahat olsun deyə". Ancaq ürəyi rahat olmayan müəllif sports.ru saytına müraciət edib, redaksiya isə öz növbəsində situasiyanı dəyərləndirəcəyini, günahkarın cəzalandırılacağını və silinmiş fotoların yenidən ANN.Az loqotipi ilə veriləcəyini bildirib. Ancaq saytda müəllifin haqlı olaraq öz hüquqlarını tələb etməsi, onun təhqir olunduğu barədə heç nə yazılmadı. Sadəcə söz verdilər, vəssalam. Təhqir və ittihamlar qaldı, fotoqraflar isə əvəzlənmədi. 

Xatırladaq ki, iki ay əvvəl ANN.Az saytının əməkdaşı, jurnalist Rasim Əliyev "Facebook"da futbolçu Cavid Hüseynov barədə yazdığı tənqidi statusa görə, amansızcasına döyülərək öldürülmüşdü. Biz iki hadisə arasında analogiya aparmaq istəməzdik, ancaq ortada yenə neqativ və yenə də futbol var...

Cənab İbrahimovun qeyd etdiyimi, xeyirxah olmaq lazımdır, bizim isə ona məsləhətimiz dürüst və obyektib olmaqdı, ən azından özünə qarşı. Onda hər şey yaxşı olacaq. Fotomüxbir və blogger Erkin İbrahimovla, həmçinin sports.ru redaksiyası ilə aramızdakı yazışmanı təqdim edirik. Oxucu başa düşəcək kim kobuddur və kim başqalarının hüquqlarını pozur. 
 







www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti