Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını elan etdi

Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını elan etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.

APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, N. Paşinyan bu barədə bu gün hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərinin normallaşmasının mümkünlüyü barədə açıq şəkildə danışıb: "Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, avtomobil və dəmir yol əlaqələrinin bərpasının mümkünlüyünü müzakirə etmək üçün bir fürsət görürük”.

Ermənistanın Baş naziri daha geniş nəticələr əldə etməyə imkan verəcək danışıqlara hazır olduqlarını bəyan edib.

N. Paşinyan qeyd edib ki, Rusiya bu prosesə kömək etməyə hazırdır.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti