"Paşinyan həmişəki kimi anormal siyasət yürüdür"

"Cənab prezident İlham Əliyevin etdiyi çıxışda Paşinyanın dediklərini cəfəngiyat adlandıraraq heç vaxt bu cür şərtlərə getməyəcəyini açıqladı. Azərbaycanın səbri tükənib və son döyüşlər də göstərdi ki, Azərbaycan Ordusunun şücaəti ilə biz hər an döyüşləri başladıb işğalda olan torpaqlarımızı azad edə bilərik”

Bunu "MediaPost”a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. 

O bildirib ki, daxili çəkişmələri sakitləşdirmək üçün onun çıxışları əsasən daxili auditoriya üçün nəzərdə tutulur:

"Paşinyanın daxili auditoriyaya verdiyi çıxışları yeddi şərtlə izah olunur. Bu şərtlər də Ermənistanın gücsüzlüyünü və daxili çəkişmələrinin olduğunu göstərdi.

Eyni zamanda, Tovuz hadisələri də sübut etdi ki, Ermənistan baş naziri daxildə gedən hadisələri nəzarətdə saxlaya, problemləri çözə bilmədiyinə görə diqqəti cəbhəyə yönəltməyə çalışdı. Paşinyan həmişəki kimi anormal siyasət yürüdür, onun çıxışları daxili auditoriya üçündür”.

"Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ heç vaxt müharibə aparan tərəf ola bilməz, çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdır: "Onun şərtləri gülməlidir, çünki Dağlıq Qarabağ heç vaxt de-yure kimi müharibə aparan tərəf ola bilməz. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bu torpağı da Ermənistan tərəfi işğal edib. "Dağlıq Qarabağ" məsələsi iki dövlət arasında və Minsk səviyyəsində olan dövlətlərlə həll olunmalıdır".



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti