Parlament təsdiqlədi: Türk Ordusu Azərbaycana gəlir

Parlament təsdiqlədi: Türk Ordusu Azərbaycana gəlir
Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Ann.az xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-nin sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan depuat Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti