Parlament seçkilərdə neçə nəfər səs verəcək?

Parlament seçkilərdə neçə nəfər səs verəcək?
Azərbaycanda bu ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb.

Ann.az xəbər verir ki, seçici siyahılarının dəqiqləşdirilməsinə görə daimi seçicilərin sayı 5 212 902 nəfərdir. Onların 2 563 261 nəfəri (49,17 %) kişilər, 2 649 641-i (50,83 %) isə qadınlardır. Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici siyahılarına adları daxil edilən seçicilərin sayı 4 972 356 olub.

Milli Məclisə seçkilər ölkə üzrə 125 seçki dairəsinin 5426 məntəqəsini əhatə edəcək. Bələdiyyə seçkiləri isə 5049 seçki məntəqəsində keçirilmişdi.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti