Kamal Əli "Park Cinema” kinoteatlarında "bomba partlayıb". Fransada istehsal olunan, bir çox ölkələrdə, o cümlədən də qonşu Ermənistanda qadağan edilən ekran əsəri Azərbaycan kinematoqrafiya məmurlarının etirazına tuş gəlməyərək, yaxud asan şəkildə "süzgəc"indən keçərək ekranlara yol tapıb. Leysbiyan sevgisindən bəhs edən "Adelin həyatı" ("La Vie d' Adile") filminin rejissoru A.Keşişindir. "Park Cinema"da açıq-aşkar pornoqrafik filminin nümayişi gedir. Fransalı həmkarlarının – filmin müəllifi Abdellətif Keşişin və Adele rolunu ifa edən aktrisanın sənətkarlığından vəcdə gələn kinorejissor Ülvi Mehdi ekran əsərinə heyran olduğunu deyir. Ülvi Mehdi təəssüratına belə dilə gətirib: "Nümayişin əhəmiyyəti ondadır ki, Azərbaycan şərti olsa da, coğrafi cəhətdən İslam dünyasına aiddir. Amma bu cür dünyəvi filmin nümayişindən sonra bugünkü Bakını tamamilə şərti olaraq müsəlmanların yaşadığı şəhər adlandırmaq olmaz. Bu, məhdud, mühafizəkar Bakı tamaşaçısı üçün artıq dozadır.Bakının kinoteatrlarında böyük ekranda vahid sevgi rəqsində birləşən gənc, gözəl bədənlərin nümayiş olunmasını mən heç yuxumda da görə bilməzdim.Baş qəhrəman Adel Ekzalopulos çox təbiidir və yəqin ki, tamaşaçılar bir zaman dünya kinosunda yeni bir fenomenə çevrilən "Parisdə sonuncu tanqo" postinqilabi filminə baxıblar. Qəhrəmanların sənətkarlığını nəzərdən keçirib müqayisə edərkən bu qənaətə gəlirsən ki, bu tandemin dramatizmi İnqmar Berqmanın akademik "Personalar"ından (1966) geri qalmır. Çiynindəki kameranın temporitmi assosiativ olaraq Fransa kinosunun yeni dalğası və onun banilərindən biri olan Lui Malın filmlərini xatırladır.Burada filmə baxmağa təsadüfən gəlmiş adi tamaşaçı kimi qalmaq çox çətindir. Mən hardasa təsadüfən ticarət mərkəzinin kinozalına düşmüş, nümayişdən sonra özlərinə gələ bilmədiklərindən bahalı cüzdanlarını az qala səhv salan puritan baxışlı tamaşaçılara xüsusi qibtə də elədim.Kimsə filmə baxmaq üçün kinoteatra getməyə özündə cəsarət tapa biləcəksə, tam üç saat ciyərdolusu nəfəs almasına dəyər, çünki bu vaxt sanki işıq sürətilə keçəcək.Ekran əsərinə baxdıqdan sonra məndə pozitiv ovqat yarandı. Fkrimcə, bu filmi Bakıda göstərmək lazımdır – amma gecə senaslarında. Bu, hamı üçün bir növ özünəxas kompromis olacaq. Mən xüsusən də bu gün – kütləvi telekommunikasiya əsrində incəsənət sahəsində hər hansı qadağaya qarşıyam. Qadağa tələb edənlər daha çox bu feodal orta əsrləri səviyyəsində qalan məhdud dünyagörüşlü adamlardır".Müasir tariximizin koloritli fiquru, Azərbaycanın müstəqilliyinə özünün ziddiyyətli və hələ də əsasən qaranlıq töhfəsini verən Hacı Əbdül tamamilə əks fikirdədir. Müstəqilliyimizin ilk illərdə o, Milli Məclisin deputatı (1990-1995 il), parlaq ictimai və din xadim kimi tanınıb. 1985-ci ildə "Tövbə" İctimai-Dini Qurumunu təsis edib, bugünədək ona rəhbərlik edir. Bu təşkilatda günahkarları - tövbəni pozan narkomanları və İslam qanunlarını pozan digər şəxsləri onun öz icazəsiylə kifayət qədər açıq şəkildə qamçı ilə cəzalandırırlar.Hacı Əbdül belə bir filmin nümayişini ictimai mənəviyyatın pis tərəfə ciddi şəkildə dəyişilməsiylə bağlayır.Onun fikirləri belədir: "Günah ilk növbədə televiziyalardadır, özü də bu mənada bir kanalı qeyd etmək mümkün deyil. Şəriət deyir: ayıb olanı göstərmə! Mən təkcə cismani şeyləri nəzərdə tutmuram. Bizim kanallar olmayan şeyləri danışır, şayiələri müzakirə edir. Azərbaycan müstəqillik qazanandan sonra çılpaq qızlar ekrana çıxdı. Son beş ildə rüsvayçılıq xüsusilə artıb. Mən hələ qadın kimi geyinib boyanan kişilər barədə danışmıram. Azərbaycanda belə şey yox idi. Bütün islam dünyası barədə danışmıram, amma bizdə kişilər qadın cildinə girmirdilər. Bu gün biz bu ayıbla Rusiyanı arxada qoymuşuq”. Hacı Əbdül əlavə edir: "Bizim cəmiyyətimizin əxlaqsızlaşmasına Avropa böyük təsir edir. Onlar əxlaqsızlıqdan yorulublar, normal həyata qayıdırlar, bizsə sakitləşə, azadlığımızdan doya bilmirik. Bir gün bizdə də, Avropada olduğu kimi, eynicinsli nigahların qanuniləşdiriləcəyini istisna etmirəm". 69 yaşlı rejissor və aktyor Əbdül Mahmudov lesbiyan filmin nümayişini fransızların Azərbaycana qarşı açıq düşmənçilik aktı kimi dəyərləndirib. O hesab edir ki, film mənəvi pozğunluğu təbliğ edir və onu geniş auditoriyaya nümayiş etdirmək olmaz.Ə.Mahmudov bildirib: "Fransa qəsdən bizim cəmiyyəti daxilindən zəiflədir. Azərbaycan rejissoru Xamis Muradov Fransa qəhrəmanı, Fəxri Legion Ordeni kavaleri, Fransanın azadlığı uğrunda mübarizə aparan məhrum Şəki sakini Əhmədiyyə Cəbrayılov ("Xarqo") haqqında sənədli film çəkən zaman bu ölkədəki bütün ermənilər və onların dostları ayağa qalxdı. Hərçənd, Əhmədiyyə ona nümayişdə Fransa prezidentindən öndə getməyə icazə verən belə bir medala layiq idi.Şəxsən General de Qoll özü azərbaycanlı qəhrəmanı təltif etmişdi. Amma fransızlar qıcıqlanırdılar ki, onların ölkəsinin qəhrəmanı müsəlman və azərbaycanlıdır. İndi həmin fransızlar əxlaqsız filmlər göstərməklə bizim gənclərdən heyif çıxırlar"ANN.Az
“Park Cinema”da lesbiyan bombası partladı - RƏYLƏR

09 Noyabr 2013, 09:36
09 Noyabr
2013
09:36
663
Xəbər lenti
-
09:26Azercell ilə TikTok indi daha əlçatandır!
-
11:09Xocavəndin Düdükçü kəndi (VİDEO)
-
11:04Azərbaycan nefti ucuzlaşmaqda davam edir
-
10:19YAP növbədənkənar qurultay keçirəcək
-
10:02Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
-
09:55Türkiyə və Fransa prezidentləri yarım ildə ilk dəfə danışıqlar aparacaq
-
17:24Fransanın sabiq prezidenti azadlıqdan məhrum edildi
-
17:07Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası
-
16:28İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama
-
14:15Paşinyan “İsgəndər”lə bağlı dediklərini təkzib etdi
-
13:49İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
-
12:45DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
-
12:01YAŞAT daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTOLAR)
-
11:48Gündüz Abbaszadə: "Ümid edirik ki, AFFA müraciətimizə müsbət cavab verəcək"
-
11:32Vilayət Eyvazov sabiq polis rəisinə yeni vəzifə verdi
-
11:12Ceyhun Bayramov: "Çox etnikli cəmiyyət olaraq daha yaxşı gələcək qurmağa sadiqik"
-
11:10Martda 14 gün iş olmayacaq
-
10:33Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək
-
10:30İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı
-
10:25Nazir Ramiz Mehdiyevin qardaşı oğluna vəzifə verdi
-
15:17Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?
-
13:32"Sumqayıt hadisələri Azərbaycana planlaşdırılmış təxribat idi"
-
13:17İdarə rəisi işdən çıxarıldı (FOTO)
-
13:05Ağdamın Eyvazxanbəyli kəndindən görüntülər (VİDEO)
-
12:42MN: "Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub" (YENİLƏNİB)
-
12:25Погода будет неустойчивой, ожидается снег
-
12:24Sabah hava yağıntılı olacaq, bəzi ərazilərə qar yağacaq
-
11:03Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
-
10:58Tövlədə özünü asan tələbə ilə bağlı İdman Akademiyasından açıqlama
-
10:42BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edildi (FOTO)
-
10:11Ermənilər Şuşada məğlub olan komandirin axtarışına çıxdı
-
10:07Tanınmış azərbaycanlı baş həkimin 20 yaşlı qızı Türkiyədə vəfat etdi
-
10:01Azərbaycanda koronavirusa ilk yoluxmadan 1 il ötür
-
09:28Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək
-
09:18Sumqayıt hadisələrindən 33 il ötür
-
17:14Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı
-
16:07Prezident iki qanunda dəyişiklikləri təsdiqlədi
-
15:46Azərbaycanda indiyədək neçə nəfər vaksinasiya olunub?
-
14:56Mart ayının hava proqnozu
-
14:10Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradıldı (SİYAHI)
-
13:42Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
01 Mart 2021
28 Fevral 2021
27 Fevral 2021
Digər xəbərlər
-
Mədəniyyət, Fotolar
Xalq artisti Lənkəranda dəfn edildi (FOTO)
-
Mədəniyyət, Qaynari.nfo
Yalçın Rzazadənin dəfn olunacağı yer açıqlandı
-
Mədəniyyət, Manşet, Qaynari.nfo
Azərbaycanın Xalq artisti vəfat etdi
-
Mədəniyyət
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi
-
Mədəniyyət
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
-
Mədəniyyət, Manşet
Mehriban Əliyeva: "Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik"
-
Mədəniyyət, Fotolar, Vİdeo
ARB və Aygün Səmədzadədən "Həsrətə son" - Sənət Qarabağa qayıdır (FOTO/VİDEO)
-
Mədəniyyət, Qaynari.nfo
Azərbaycanın tanınmış kinorejissoru vəfat etdi
-
Mədəniyyət
Albert Mustafayev Prezidentin fəxri diplomu ilə təltif edildi