Parisdə güclü partlayış

Parisdə güclü partlayış
Fransanın paytaxtı Parisdə böyük partlayış meydana gəlib.

Ann.az Mirror-a istinadən xəbər verir ki, partlayışın "Rue de Trevise" küçəsindəki mağazada baş verdiyi ehtimal edilir. Hadisə yerinə təhlükəsizlik əməkdaşları cəlb edilib.

BFM telekanalının məlumatına görə, xeyli sayda xəsarət alan var və azı bir nəfər ölüb. Yeni partlayışlardan çəkinən polis və yanğınsöndürənlər yaxınlıqdakı binaların sakinlərini təxliyyə edir.

Partlayış nəticəsində binalara xeyli maddi ziyan dəyib. 

Qeyd edək ki, bu gün Parisdə və ölkənin başqa böyük şəhərlərində "sarı jiletlilər”in bahalığa və vergi artımına qarşı etiraz nümayişləri keçirilir.


www.ann.az

Xəbər lenti