Parad zamanı prezidentə sui-qəsd edildi (VİDEO)

Parad zamanı prezidentə sui-qəsd edildi (VİDEO)
Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi edilib.

Ann.az CNBC-yə istinadən xəbər verir ki, prezident ölkənin paytaxtı Karakasda hərbi paradda çıxış edən zaman bomba ilə yüklənmiş "drone" Maduronu hədəf alıb. Nəticədə böyük partlayış meydana gəlib və 7 əsgər yaralanıb. Nikolas Maduro hadisə zamanı yaralanmayıb və dərhal ərazidən uzaqlaşdırılıb. 

Özlərini "T-shirt geyinən əsgərlər" adlandıran qrup hücumu həyata keçirdiyini açıqlayıb.

www.ann.az

Xəbər lenti