Papa Fransis BƏƏ-də dini ayinə rəhbərlik etdi (VİDEO)

Papa Fransis BƏƏ-də dini ayinə rəhbərlik etdi (VİDEO)
Papa Fransis Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən dini ayinə rəhbərlik edib.

Ann.az xəbər verir ki, 135 min nəfərdən çox insanın iştirak etdiyi ayin Abu Dabidəki "Zayed Sports City" stadionunda təşkil edilib. 

Ayin zamanı italyan, ingilis, ərəb, latın, fransız, Koreya və bir sıra başqa dildə danışan katolok kilsəsinin ruhani başçısı Yaxın və Orta Şərqdə Yəmən, Suriya, İraq, Liviyadakı qanlı hadisələrə tezliklə son qoyulmasını, dünya dinləri təmsilçiləri arasında sülh və həmrəyliyin bərqərar olmasını diləyib.

Qeyd edək ki, Katolik Kilsəsinin rəhbər şəxsi Ərəbistan yarımadasına 3 günlük səfərdədir. Dini lider bu addımı ilə Körfəz bölgəsini ziyarət edən ilk papa statusunu qazanıb.


www.ann.az

Xəbər lenti