"Panatinaikos" sabah Bakıya gəlir

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" klubunun rəqibi olan Yunanıstan "Panatinaikos"u sabah Bakıya gəlir.
 
"Report"un məlumatına görə, rəqib komanda paytaxta çarter reysi ilə uçuş edəcək.

Bakı vaxtilə saat 08:00-da Afinadan havaya qalxacaq təyyarə 13:30-da matçın keçiriləcəyi şəhərə çatacaq. Həmin gün oyunöncəsi son məşqini keçirən komanda istirahətə çəkilərək matçın başlanma saatını gözləyəcək.

Qeyd edək ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - "Panatinaikos" qarşılaşması saat 21:00-da start götürəcək.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti