Pakistanın xarici işlər naziri Azərbayana səfər etməyi planlaşdırır

Pakistanın xarici işlər naziri Azərbayana səfər etməyi planlaşdırır
"Azərbaycana səfər etmək üçün fürsət əldə edəcəyim günü səbirsizliklə gözləyirəm”.

Bunu ABŞ-da rəsmi səfərdə olan Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari "Report”un yerli bürosunun sualını cavablandırarkən deyib.

O bildirib ki, Pakistan Azərbaycanla münasibətlərə çox böyük önəm verir: "Pakistan xalqının qardaş Azərbaycan xalqına çox isti münasibəti var. İnanıram ki, Pakistanın xarici siyasəti iki qardaş ölkə arasında əlaqələrin daha sıx şəkildə qurulmasına fayda verə bilər. Bu, sadəcə hökumətlərarası əlaqələr deyil, həm də xalqların bir-biri ilə, insanların insanlarla əlaqəsi səviyyəsində olmalıdır. Azərbaycan Pakistana çox yaxın və qardaş bir ölkədədir. Əlaqələrimizi inkişaf etdirmək üçün yetəri qədər potensialımız olduğunu hiss edirəm”.

Qeyd edək ki, Bilaval Bhutto Zərdari xarici işlər naziri təyin olunduqdan sonra ilk dəfədir ABŞ-a səfər edir.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti