“Old Trafford”a səyahət - Reportaj

“Old Trafford”a səyahət - Reportaj
Rüstəm Qasımov

Stadion təkcə çoxsaylı oturacaqları, ot örtüyü və işıqları olan yer deyil. Stadion öz həyatı ilə yaşayan canlı mexanizmi xatırladan həqiqi kompleksdir. Bu gün biz sizinlə birgə dünyanın ən qədim futbol meydançasından bir hesab olunan "Old Trafford”a səyahət edəcəyik.

MY-in stadionunda yalnız oyunların keçirildiyi və78 min insanın doldurduğu vaxtlarda deyil, adi günlərdə də qələbəlik olur. İnsanlar stadiona baxmaq üçün gün ərzində bura axışırlar. Stadionun giriş tərəfində kimsənin qarşısını kəsəcək əngəl yoxdur.



Künc tərəfdən baxdıqda stadion heç də az effektli görünmür. Hətta bu bucaqdan baxdıqda stadionun böyüklüyünü daha çox hiss etmək olur.


Həmin gün hava çox gözəl idi və MY-in üç əfsanəsi fevral günəşi altında mükkəməl görünürdü.




"Old Trafford” stadionunun yanında yerləşən binada qırmızı kassalar yerləşir. Kim istəyirsə, bu kassalardan oyunlara bilet ala bilər.





Girişi tapmaq elə də çətin deyil, çünki stadiondan asılmış stendlərdə izlə getmək istəyiniz, davam edin, yox əgər yeri qayıtmaq istəyirsinizsə, yenə də istiqamətləndirici işarələr sizə kömək olacaq.
 
 
 
 
 
Daha irəli getdikdə, biz stadionda MY və "Bayer Münxeni”nin əfsanə oyunçuları arasında 15 iyulda "Old Trafford”da  keçiriləcək oyunun anonsunu eşitdik. Böyüklər üçün biletin qiyməti 20 funt, uşaqlar və yeniyetmələr üçün isə 16 və 5 funtdan başlayırdı.  
 
 
 
 
 
Bir yerə toplaşdıqdan sonra – bu "Old Trafford”a ekskursiyanın başlanma anı sayılır – biz maraqlı səyahətimizə start verdik.
 
 
 
 
Qeyd edək ki, muzeyə səfərlər daimi təşkil olunur. Bileti aldıqdan sonra bir müddət gözləmək lazımdır ki, 15 və ya daha çox insan toplaşsın. İnsanlar toplaşdıqdan sonra sizə, stadion haqqında hər şeyi danışan, hər bir fanatın görməyi arzu etdiyi ən sakral yerlərə aparan bələdçi verilir.



Stadionda stolüstü futbol oynamaq mümkündür.

 
 
 
Əgər sizə bələdçilik edən yoxdursa, o zaman asanlıqla MY-in labirinti xatırladan uzun dəhlizlərində asanlıqla aza bilərsiniz.
 
 
 
 
Daha sonra mənim diqqətimi azarkeşlərin mərc oyunu oynaya biləcəyi stend cəlb etdi.



Bələdçini izləyərək biz ilk dəfə "Old Trafford” stadionun tribunaların gəlib çıxdıq. Bu dəqiqələrdə buludlar stadionun üzəri ilə dolaşsa da, qış günəşinin şüaları onun böyük bir qismini işıqlandırırdı. Mənzərə çox təsiredici idi. Biz dünənki oyundan sonra boşalmış stadionu müşahidə edirdik.
 
 
 
 
 
Heyrət doğuran məsələlərdən bir də o idi ki, stadionun işçiləri onu baxımlı tutmaq üçün saat kimi işləyirdilər.
 
 
 
 
 
Mən qəsdən stadionun oturacaqlarının arasına baxdım ki, orada tum qabığı və ya tullantı görə bilərəmmi? Amma heç nə tapa bilmədim. Stadionun təmizliyi ideal idi.  
 
 
 
 
 
Mən azərbaycanlı oxucularıma "Old Trafford” stadionunu nümayiş etdirmək üçün adətim üzrə şəkillər çəkirdim.
 
 
 
 
 
Stadionun qabaritləri onun haqqında çox şey deyir. Nəzərə alsaq ki, stadion 78 min insanı qarşılaya bilir, o zaman onun böyüklüyünü təsəvvür etmək çətin deyil.
 
 
 
 
Stadionun ən çox azarkeş yerləşən hissəsini onları qardan, yağışdan qoruyan tavan örtür.
 
 
 
 
 
"Old Trafford” stadionunun ot örtüyü ideal durumdadır. Dəqiqliklə kəsilmiş nəmli yaşıl ot örtüyü böyük hamar xalçanı xatırladır. Bizim bələdçimizin verdiyi məlumata görə, stadionun ot örtüyünə daima qulluq edilir. Qrunta isə xüsusi maddə qatırlar.
 
 
 
 
Mən tribunalara xüsusi girişi təmin edən yerlərə diqqət etdim. Onlar proporsinal şəkildə stadionun hər hissəsində var idi.
 
 
 
 
 
Ot örtüyünə çıxış qadağandır. Onun qabağını qırmızı iplə bağlayan metal əngəl var idi.

Səyahətimiz müddətində biz komandanın tarixində önəmli yer tutan Çempionlar Liqasında 2008-ci ildə, Moskvada keçirilmiş final oyununda "Çelsi” ilə qarşılaşmasından hazırlanmış stendə rast gəldik. Həmin gün "qırmızı şeytanlar” üçün tarixi gün idi. "Çelsi” və MY 120 dəqiqə ərzində tamaşaçılara əsl idman yarışının həyəcanını yaşatmışdılar. On bir metrlik zərbələrdən sonra "Çelsi”nin kapitanı Con Terri qolu vura bilmədiyi üçün MY qələbə qazanmışdı. Bələdçi bizə "Lujniki”də” keçirilən oyunun gərginliyini və bütün İngiltərənin öz iki komandasına necə tamaşa etdiyini danışdı. İki komandadan birinin məğlub, o birinin qalib olmasına baxmayaraq, bu oyun bütün İngilətənin qələbəsi idi. Axı dümanlı Albionun bu iki komandası ağır oyunlardan sonra bu mərhələyə qədər gəlib çıxmışdılar. Bələdçinin bizə bildirdiyinə görə, Con Terrinin oyundan sonra ağlaması bütün ingilis azarkeşlərini də mütəssir etmişdi.  Daha sonra biz orta ölçülü otağa daxil olduq. Bu otaqda adətən, MY-in məşqçisi Lyi Van Qal mətbuat konfransı keçirdir. Mən hətta onun oturduğu yerdə əyləşərək özümə bir anlıq MY-in məşqçisi kimi təsəvvür etmək şansı da qazandırdım.
 
 
 
 
Bələdçinin sözlərinə görə əvvəllər yeni futbolçular ilə müqaviləni bu otaqda bağlayırdılar. Amma indi bunu etmirlər, çünki bu önəmli futbol hadisəsini işıqlandırmaq üçün hər zaman dünyanın müxtəlif aparıcı idman yayım orqanlarından 200-ə yaxın jurnalisiti dəvət etmək lazım olur və zal onların hamısının bura toplanmasına imkan vermir.
 
 
 
 
Bizim növbəti dayanacağımız MY-li oyunçuların yerli oyunları oynarkən istifadə etdiyi paltar dəyişmə otağı oldu.
 
 
 
 
 
Ora daxil olduqda çoxlu insanlarla dolu olduğunu gördük. Bu bizdən əvvəl bura gələn böyük nümayəndə heyəti idi. Növbəni gözləyərkən, mən dəhliz boyu asılmış posterlərə baxdım. Bu şəkillərdə MY-in çempion olduğu illər nümayiş olunurdu. Arzulanan kubok müxtəlif illərdə MY-in əfsanlərinin əllərində idi.  
 
 
 
 
 

Axırı ki, biz də hər bir futbolçunun forma komplektinin olduğu dəyişmə otağına daxil olduq. Burada bizim fotosesiya başladı.
 
 
 
 
 
 
 
 
 
 
 
Bir neçə metr aralıda komandanın məşqçisinin öz məsləkdaşını pivəyə dəvət etdiyi otaq yerləşirdi. Ser Aleksin vaxtında bu otaqdan yalnız məşqçi istifadə edə bilərdi. Van Qal isə daha çox Avropa tərzinə üstünlük verərək MY-in bütün məşqiçi korpusuna bu otaqdan istifadəyə şərait yaradıb. Bunu holland mütəxəssisin gətirdiyi yenilik saymaq olar.
 
 
 
 
 
Növbəti dayanacağımız, futbolçuların meydançaya çıxdığı dəhliz oldu. MY-in tarixində onu müflis olmaqdan qurtarmış, onun inkişafına kömək olmuş və ümumiyyətlə, onun tarixində mühüm rol oynamış insanları unutmaması təqdirə layiqdir. Məsələn, bu otaqda biz müxtəlif dönəmlərdə MY-i müflis olmaqdan qorumuş insanların şərəfinə asılmış lövhələr gördük.
 
 
 
 
 
Burada MY-in məşqiçisi və oyunçularının oynanmış oyundan sonra müsahibə verdiyi stend var. Bu stendə komandanın bütün sponsorlarının adları qeyd olunub.
 
 
 
 
 
Bələdçi bizə klub tarixində baş vermiş maraqlı hadisələri danışmaqda davam edirdi.
 
 
 
 
Sonra o, bizdən soruşdu: "Siz futbolçuların meydana çıxarkən keçirdiyi hissləri duymaq istəyirsinizmi?” Cavab sözsüz ki, "bəli” oldu. Həmin an o düyməyə basdı və MY-in oyunçularının meydana çıxarkən istifadə olunun musiqi səslənməyə başladı.
 
 
 
 
 
Biz kalidor boyu irəliləyərək onlar kimi hərəkət etməyə başladıq.  Bu doğrudanda heyrətamiz duyğu idi.
 
 
 
 

Sağ tərəfdə MY-in emblemi yerləşir. Ot örtüyünə yaxınlaşdıqda, bələdiçi bizə baş məşqçinin və onun köməkçisinin oturduğu yerləri göstərdi. Mən həmin oturacaqda oturub şəkil çəkdirdim, çünki belə şans həmişə ələ düşmür.

Burada biz MY-in iki emblemini gördük. Birində yerli, digərində qonaq komanda yazılmışdı.
 
 
 
 
Ən gözəl emblemlərdən biri məşqçi heyətinin oturduğu yerin qarşısında və ot örtüyünə yaxın yerdə edilmişdi. Bu emblem MY-in çox artıq yüz ili ötmüş çox qədim bir komanda olduğunu sübut edirdi.
 
 
Biletlərin qiyməti ayrı bir söhbətin mövzusudur. Yerlərin qiyməti fərqlidir. Məsələn, qapıların arxasındakı oturacaqların qiyməti 30 funtdan başlayır.

Qapıdan bir az yuxarıya doğru çıxdıqda qiymət 50 funta qədər qalxır.
 
 
 
 
Stadionda fiziki əngəlli vətəndaşlar üçün də yerlər nəzərdə tutulub.

Bundan sonra qiymətlər yüksələn xətt üzrə qalxır. Ən prestijli və bahalı yerlər mərkəzdən stadionu görən hər iki tribuna hesab olunur.

Onların arasında qiyməti 1500 funta qədər olan yerlər var ki, bu sizin seçdiyiniz paketdən asılı olaraq dəyişir. Paketə restorandan istifadə və s. daxil olur.

Ən bahalı yerlər MY-in əfsanələrinin, məşhur və hörmətli qonaqlarının adının və soyadının yazıldığı yerlərdir.
 
 
 
 
Qeyd edək ki, "Old Trafford” stadionunda olanda, Ser Aleks Ferqüsonun necə bir nüfuza sahib olduğun  hiss edirsən. Stadionda bir tribuna onun adınadır. Bundan başqa ayrıca kreslo və lift var ki, ondan yalnız o istifadə edə bilər, yəni onlar yalnız ona məxsusdur.

Səmimi desək, boş stadiona baxmaq adamda bir az qəribə hisslər oyadır.

Tribunalardan birində olan yazı, komandanın azarkeşlərinin onu necə çox sevdiyini açıq-aşkar nümayiş etdirir.

Bizim axırıncı getdiyimiz yer, MY-in tarixi haqqında və onun tarixində vurduğu ən gözəl qolların yığıldığı videonu göstərən otaq oldu. Videonun sonunda klubun əfsanələrindən olan Rayan Qiqqiz, bizə ekskursiyada iştirak etdiyimiz üçün təşəkkür edir və özünün 16 yaşında bura gələrkən necə möhtəşəm hisslər keçirdiyini anladır.
 
 
 
 

Bələdçi ilə söhbət edərkən, o bizə dedi ki, indi baş məşqçinin köməkçisi olan Rayan Qiqqiz gələcəkdə onun yerini tuta bilər. Bələdçinin sözlərinə görə, ingilislər "baş məşqçi” əvəzinə əsas menecer sözündən istifadə edirlər. Bu kimi komandaya menecerlik etmək böyük təcrübə, avtoritet və istedad tələb edir. Ancaq komandanın yeni menecerinin kim olacağını gələcək göstərəcək.

Bununla da bizim turumuz başa çatdı, amma səyahətimiz davam edir.
 
 
 
 
"Old Trafford”da olmağımızda bizə köməklik göstərən Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell” şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. Bakcell dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə (Manchester United)  ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir.  Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətidir.

Beləcə, səyahət davam edir...


ANN.Az

 
 

Tərəfdaşların xəbərləri

Xəbər lenti