OBYEKTİVDƏ:Yeni binalarda kommunal xidmət problemi - ANN.TV

OBYEKTİVDƏ:Yeni binalarda kommunal xidmət problemi - ANN.TV
 
Yeni tikilən yaşayış binalarından mənzil alanların sayı ötən illərlə müqayisədə çoxluq təşkil edir. Bəs, görəsən, bu binalarda göstərilən kommunal xidmətlər hansı meyarlara uyğun təyin edilir və bu məsələ qanunvericiliklə tənzimlənirmi?

ANN.TV-nin çəkiliş qrupunun araşdırdığı növbəti mövzu yeni tikilən binaların kommunal xidmətlərinin necə tənzimlənməsinə həsr olunub. 

Qanunvericilikdə yeni tikililərin kommunal xidmət məsələləri necə təsbit olunub? 

Bu və digər suallara aydınlıq gətirmək üçün daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimova müraciət olunub. Ekspert bildirib ki, yeni yaşayış binaları dövlətin balansında olmadığından kommunal xidmətlərin təşkili mənzil-tikinti kooperativləri və ya inşaat şirkətləri tərəfindən aparılır. Əməkdaşlarımız məsələ ilə daha yaxından tanış olmaq üçün yeni tikilən yaşayış binalarının kommunal xərclərinin neçəyə başa gəldiyini öyrənməyə çalışıblar.

Video-süjetə baxa bilərsiniz.

Müəllif: Babək Mirzəzadə
Zülfiyyə Səfxanova

 
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti

Digər xəbərlər