Nigar Köçərli: “Kitab ümumiyyətlə vergi yükündən azad olmalıdır”

Nigar Köçərli: “Kitab ümumiyyətlə vergi yükündən azad olmalıdır”
“Bizim marağımız bədii ədəbiyyatın və hər növ kitabın vergidən azad olunmasıdır”. Bunu Modern.az-a açıqlamasında “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib. “Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli də məsələyə eyni cür münasibət bildirib: “Dünyanın əksər ölkələrində kitab vergidən azaddır. Bunu Azərbaycanda da görmək istərtdim. Milli Məclisdə Vergi Məcəlləsinə düzəlişlər ediləcəyi təqdirdə bədii ədəbiyyatın da nəzərə alınacağına ümidliyəm”.Qeyd edək ki, Milli Məclisinin İqtisadi siyasət komit’sinin iclasında Azərbaycanda uşaq ədəbiyyatının və orta məktəb dərsliklərinin vergidən azad olunması ilə bağlı təklif səslənib. Belə ki, Azərbaycanda uşaq ədəbiyyatı, orta məktəb dərslikləri və dövlət əhəmiyyətli nəşrlər vergidən azad oluna bilər.   ANN.Az

Xəbər lenti