Niderland Hollandiya adından imtina etdi

Niderland Hollandiya adından imtina etdi
Niderland hökuməti Hollandiya adından imtina edib.

Ann.az xəbər verir ki, bu barədə qərara səbəb ölkənin yeni obrazını formalaşdırmaq niyyətidir. Hökumət üzvləri hesab edir ki, Hollandiya adı insanlara narkotik vasitələr və Amsterdamın "Qırmızı fənərlər" küçəsini xatırladır.

Yeni imic Niderland adı ətrafında formalaşdırılacaq. 

Ölkənin futbol və digər idman komandaları da Hollandiya adından imtina edəcək.

www.ann.az

Xəbər lenti